Əməliyyat görüntüsü
10 dekabr 2022 19:00 (UTC +04:00)

Əməliyyat görüntüsü

Azərbaycana narkotik gətirən iranlılar belə saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birgə əməliyyat tədbirləri keçiriblər.

Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a birgə daxil olan məlumatda bildirilir ki, əməliyyatlar nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İranın Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

# 3927
avatar

Oxşar yazılar