İtalyada axtarışda olan 64 yaşlı mafiya lideri Luisi Kaççapuotini həbs edilib. Onun yerini məşuqəsinin ağ pudeli (it cinsi) açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, quldur fevral ayından qaçıb - məhkəmə onu mafiya qrupunda iştiraka görə 15 il müddətinə azadlıqdan məhrum edib. Yerli hüquq-mühafizə orqanları uzun müddətdir ki, Kaççapuotini tapmağa çalışır, sosial şəbəkələri, əlaqə və pul köçürmələrini izləyir. Bunun sayəsində onun təxmini yaşayış yerini təyin edə biliblər. Məlum olub ki, mafiya lideri Caserta ilə Neapol arasındakı qəsəbədə kiçik villada gizlənib.
Üstəlik, Kaççapuotinin məşuqəsinin ağ pudeli polislərə dəqiq ünvanı öyrənməyə kömək edin. Belə ki, cütlük hürən iti küçədə qoyub. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkən villanın yarı bağlı pəncərəsində dayanıb. Sonda polislər villadan bütün mümkün qaçış yollarını bağlayıblar və cinayətkarı hovuz kənarında istirahət edərkən saxlayıblar.