Avtomobili saxlayan yol polisi bıçaqlandı
30 sentyabr 2023 11:16 (UTC +04:00)

Avtomobili saxlayan yol polisi bıçaqlandı

Türkiyədə polis bıçaqlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın şəhəri Efeler qəsəbəsində baş verib. Motosikletlə xidmət aparan yol polisləri şübhələndikləri avtomobilə “saxla” əmri versələr də, sürücü tabe olmayıb. Belə olduğu halda polislər maşını təqib etməyə başlayıblar.

Nəticədə avtomobil Kocagür məhəlləsində saxlanılıb. Bu zaman şübhəlilər qaçmağa başlayıb. Onlardan biri polis əməkdaşı N.H.T.-nı bıçaqlayıb. Yaralı polis xəstəxanaya yerləşdirilib və həyati təhlükəsi olmadığı bildirilir.

Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Olay zamanı orada olan A.T. də gizləndiyi evdə saxlanılaraq, istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10419
avatar

Oxşar yazılar