Atasını öldürüb  anasını döydü
05 mart 2024 12:45 (UTC +04:00)

Atasını öldürüb anasını döydü

Rusiyanın Tomsk vilayətində 32 yaşlı kişi atasını öldürüb və anasını döyüb.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, hadisə rayonun Pervomayskoye kəndinin Dalnyaya küçəsində baş verib. Zərərçəkmiş polisə bildirib ki, axşam saatlarında oğlu ilə mübahisə edib və döyülüb. Qadın huşunu itirib və o, ayılanda ərinin öldüyünü görüb.

Cinayətkar qaçsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları onu tapa biliblər. Həmin şəxs Asinoda avtovağzalın yaxınlığında saxlanılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Qəsdən sağlamlığa ağır zərər vurma”) ilə iş başlanıb. Hazırda saxlanılan şəxs istintaq təcridxanasındadır.

# 3726
avatar

Oxşar yazılar