Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ağrı vilayətinin Eleşkirt qəsəbəsində baş verib. İlhami Gökser əvvəlcə əfqan əsilli çobanı bıçaqlayaraq, arvadı Şirvan Gökseri odlu silahla güllələyərək öldürüb. İ. Gökser bundan sonra həmin silahla özünü də vuraraq, intihar edib.
Kənd sakinləri onların hər üçünün meyitini evlərində aşkar ediblər.
Hazırda hadisənin səbəbi araşdırılır.