Anasını oxlovla   döyüb öldürdü
23 noyabr 2023 10:17 (UTC +04:00)

Anasını oxlovla döyüb öldürdü

İrkutsk vilayəti Nijneudinsk şəhərində 35 yaşlı kişi 54 yaşlı anasını taxta oxlovla döyərək öldürüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, kişiyə qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, noyabrın 10-da ana və oğul mübahisə edib, bundan sonra kişi anasını öldürərək, evin zirzəmisində gizlədib. Cinayəti törətdikdən sonra o, istintaqdan gizlənərək şəhəri tərk edib.

Qonşular qadının yoxa çıxdığını hiss edib polisə xəbər veriblər. Təhlükəsizlik qüvvələri qısa müddətdə şübhəlinin izinə düşərək onu saxlayıb.

# 3981
avatar

Oxşar yazılar