Ana özündən ayrı saxlamadığı oğlunu öldürüb meyitini zibilliyə atdı
18 mart 2025 12:43 (UTC +04:00)

Ana özündən ayrı saxlamadığı oğlunu öldürüb meyitini zibilliyə atdı

Rusiyanın Perm vilayətində ana 9 yaşlı oğlunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İrina Şatova oğlunu qətlə yetirdiyinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, uşağın meyitini çamadanda gizlədib və zibilliyə aparıb.

Oğlunun qətlindən sonra Şatova intihar etmək istəyib. Lakin o, daha sonra fikrini dəyişərək uşağın cəsədini atıb.

Psixoloji müayinə nəticəsində məlum olub ki, Şatova oğluna qeyri-adi bağlı olub. Demək olar ki, həmişə onun yanında olub, uşaq bağçasına və məktəbə getməsinə icazə verməyib, həm də yaşıdları ilə ünsiyyətini məhdudlaşdırıb.

Məhkəmə zamanı Şatova törətdiyi əməldən peşman olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar