Omsk vilayətində atasının ölümünə şahid olan altı yaşlı oğlanda psixi pozğunluq yaranıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, cinayət ötən il dekabrın sonunda Andreevka kəndində yerləşən fərdi yaşayış evində baş verib. Evə qayıdan 59 yaşlı kişi arvadını sevgilisi ilə görüb.
Bu zaman 44 yaşlı qadın ərinə bıçaqla hücum edib. Nəticədə qadın kişini müdafiə edən sevgilisini və ərini kürəyindən bıçaqlayıb. Bütün bunları iki azyaşlı oğul müşahidə edib.
Qadın saxlanılıb və barəsində cinayət işi başlanıb. Uşaqlar ailədən götürülüb, təəssüf ki, altı yaşlı uşaqda psixi pozğunluq yaranıb.