Rusiyanın Buryatiya Respublikasında ana ağlayan körpəsini öldürüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Ulan-Ude şəhərində qeydə alınıb. Bir qadın iki aylıq körpəsi ağladığı üçün ona güclü təsir edən narkotik tərkibli çoxsaylı iynələr vurub.
Cinayət gecə baş verib. Körpənin ağlamasından əsəbiləşən qadın əvvəlcə onun üzünə zərbə endirib, daha sonra isə baş nahiyəsinə güclü təsirli maddə ilə dolu şprislərlə çoxsaylı iynələr vurub. Körpə hadisə yerində keçinib.
Uşağı öldürdükdən sonra ana qaçmağa cəhd edib, lakin saxlanılıb. İstintaq boyu o, həbsdə saxlanılır.
Dindirmələr zamanı qadın, doğuşdan sonrakı depressiya səbəbindən affekt vəziyyətində cinayət törətdiyini iddia edib. Lakin məhkəmə-psixiatriya ekspertizası cinayət zamanı onun anlaqlı olduğunu müəyyənləşdirib.
Qadın barəsində azyaşlını xüsusi amansızlıqla və bilə-bilə köməksiz vəziyyətdə öldürmə maddəsi üzrə cinayət işi açılıb.