Ağstafada məktəbdə QAN TÖKÜLDÜ
10 aprel 2025 13:53 (UTC +04:00)

Ağstafada məktəbdə QAN TÖKÜLDÜ

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin 9-cu sinif şagirlərinin arasında mübahisə düşüb. Mübahisə zamanı şagirlərdən biri digərinə bıçaqla xəsarət yetirib.

Qazax-Tovuz regional təhsil idarəsindən bildirilib ki, aprelin 9-da tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir.

Qeyd edilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür: "Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294

Oxşar yazılar