Ağdaşda KÜTLƏVİ HƏBSLƏR:  keçmiş məhkumlar tutuldu - FOTO
04 yanvar 2023 09:24 (UTC +04:00)

Ağdaşda KÜTLƏVİ HƏBSLƏR: keçmiş məhkumlar tutuldu - FOTO

Ağdaş narkotiklərin dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Radik Hacıyev saxlanılıb. Onun üzərinə, eləcə də yaşadığı ünvana baxış keçirilərkən ümumilikdə 1 kiloqram 400 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Keçirilən digər əməliyyatlar nəticəsində isə daha 4 nəfər rayon sakini – Rəşad İsmayılov, Nicat Məmmədov, Murad Səlimov və Taleh Əzizov tutularaq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 1 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətləri törətdikləri üçün məhkum olunmuş şəxslərdir.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 6327
avatar

Oxşar yazılar