Ağcabədidə bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlıumatına görə, hadisə Hacılar kəndində baş verib. Məmmədov Nicat Mirəli oğlu yaşadıqları evdə şəxsi münasibətlər zəminində arvadı 35 yaşlı Məmmədova Simarə Mahir qızına bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanaraq, istintaq aparılır.