Adam oğurluğuna görə tutulanlar ÜSYAN ETDİ:  "Bizi çəkməyin" - VİDEO
10 aprel 2025 17:15 (UTC +04:00)

Adam oğurluğuna görə tutulanlar ÜSYAN ETDİ: "Bizi çəkməyin" - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən şəxslərin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddəlləri ilə təqsirləndirilənlər - Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov və Fazil Hacıyevin anket məlumatları dəqiqləşdirilib.

Onlar aqressiv şəkildə çəkiliş aparılmasına etirazlarını bildiriblər. Tərəflərin mövqeləri öyrənilərkən dövlət ittihamçısı çəkilişə etiraz etmədiyini, vəkillər isə müdafiə etdikləri şəxslərin istəkləri ilə razı olduqlarını söyləyiblər.

Beləliklə, məhkəmənin bu mərhələsində çəkiliş aparılması dayandırılıb. 
 
Bundan sonra, təqsirləndirilən şəxslərə hüquqları izah edilib və işin məhkəmə baxışına verilməsi qərara alınıb.

Müşavirədən sonra baxış iclasının vaxtı elan olunub. 
 
İş materiallarına əsasən, Tarverdiyev və qeyriləri yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb, qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1978

Oxşar yazılar