Abşeronda QƏTL:  qardaşı arvadını öldürdü  - YENİLƏNİB
02 sentyabr 2025 15:38 (UTC +04:00)

Abşeronda QƏTL: qardaşı arvadını öldürdü - YENİLƏNİB

0

Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 58 yaşlı Pərviz Məlikovun qardaşı arvadı 53 yaşlı Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***
14:32

Abşeron rayonunda qətl hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 51 yaşlı Əminə Payızova qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, mərhumun qaynı 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1332

Oxşar yazılar