Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə Denizli vilayətinin İnönü qəsəbəsində baş verib. 86 yaşlı təqaüddə olan hərbçi Mehmet Aslan mübahisə zamanı əvvəlcə birgə yaşadığı arvadı 84 yaşlı Fatma Aslanı odlu silahla vuraraq öldürüb. Sonra isə 20 kilometr uzaqda yaşayan 2 oğlundan biri Erolun evinə gedib. Burada onu da silahla öldürüb.
Amma atanın ürəyi bununla soyumayıb. O, ikinci oğlu Osmanı da evə çağırır və ağır yaralayır. Daha sonra Mehmet Aslan avtobus dayanacağına gedərkən polis əməkdaşları tərəfindən saxlanılır.
Təqaüddə olan hərbçi törətdiyi cinayətləri etiraf edib. Araşdırmalar davam edir.