71 yaşlı qısqanc kişi arvadını ürəyi gedənədək döydü
25 yanvar 2025 15:07 (UTC +04:00)

71 yaşlı qısqanc kişi arvadını ürəyi gedənədək döydü

Rusiyanın Belqorod vilayətində yaşlı kişi arvadını döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, 71 yaşlı kişi 68 yaşlı arvadı ilə mübahisə edib. Münaqişənin səbəbi qısqanclıq olub, mübahisə zamanı təqaüdçü qadının başına və gövdəsinə yumruqla vurmağa başlayıb.

Zərərçəkmiş huşunu itirib, qorxan kişi qızına zəng edərək anasının xəstələndiyini, təqaüdçünün xəstəxanaya yerləşdirildiyini bildirib. Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb, şübhəli şəxs 8 ilədək azadlıqdan məhrum edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar