Rusiyanın İvanovo vilayətində məhkəmə qonağı bıçaqlayıb ərini öldürən 65 yaşlı qadının işinə baxacaq.
Lent.az yerli mediaya istinadla bildirir ki, yanvarın 1-də sərxoş təqaüdçü mənzildə ərinə və onların ortaq dostuna bıçaqla hücum edib. Ər sağ qalmayıb, qonaq isə ağır xəsarətlər alıb.
Qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) və 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (“Öldürməyə cəhd”) ilə cinayət işi açılıb.
İş artıq məhkəməyə təqdim olunub.