1999-cu ildə Sankt-Peterburqda uşağı qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, həmin il aprelin 7-də 14 yaşlı yeniyetmə polisə zəng edərək mənzildə 7 yaşlı ögey bacısının meyitini tapdığını bildirib. İstintaqın məlumatına görə, qatilin zəng vuran, mənzilə qalxan, sonra isə qızı zorlayıb boğaraq öldürən 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb.
Mənbənin sözlərinə görə, 40 yaşlı məhbus hazırda təcridxanaya yerləşdirilib. Şübhəlinin 2006-cı ildə oğurluqda təqsirli bilindiyi bildirilir.