20 yaşlı qız Yeşilcam aktyorunu  evində öldürdü - ŞOK FADƏSİ  üzə çıxdı
23 may 2025 14:31 (UTC +04:00)

20 yaşlı qız Yeşilcam aktyorunu evində öldürdü - ŞOK FADƏSİ üzə çıxdı

Türkiyədə keçmiş Yeşilcam aktyoru qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Beşiktaş bölgəsində baş verib.

Hollandiyada yaşayan və müvəqqəti Türkiyəyə gələn aktyor 62 yaşlı Mehmet Serdar Sulukahya sosial şəbəkədə tanış olduğu 20 yaşlı Fatma Gülsümü evinə çağırıb. Evdə tərəflər arasına mübahisə yaranıb. Mətbəxə keçən qız bıçaq götürüb və Sulukahyaya dəfələrlə zərbə vurub.

Sürünə-sürünə qonşularına gedən aktyor kömək istəyib. Hadisə yerinə gələn həkimlər ilkin yardımdan sonra yaralını xəstəxanaya aparıblar. Ancaq görülən tədbirlərə baxmayaraq, aktyoru xilas etmək mümkün olmayıb.

Hadisəni törədən qız isə evdən qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətkar saxlanılıb. O, ifadəsində yaşlı aktyorun ona cinsi təcavüz etdiyini bildirib. Fatma Gülsüm barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar