16 yaşlı qız dayısını öldürdü , 20-dən çox cinayəti ortaya çıxdı
31 may 2024 10:41 (UTC +04:00)

16 yaşlı qız dayısını öldürdü, 20-dən çox cinayəti ortaya çıxdı

Türkiyədə yeniyetmə qız dayısını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ərzurum şəhərində baş verib. Ərzincandan Ərzuruma nənəsigilə gələn 16 yaşlı İ.A. ilə dayısı Murat T. arasında münaqişə yaşanıb. Bu zaman qız onu vuran dayısına bıçaqla bir neçə zərbə endirib.

Daha sonra o, digər dayısı ilə Murat T.-ni sürüyərək evdən çıxarıblar.

Polisin keçirdiyi əməliyyat nəticəsində 16 yaşlı İ.A qəsdən adam öldürmə cinayətinə görə saxlanılıb. Məlum olub ki, o, 20-dən çox digər cinayətlərə görə axtarışda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Oxşar yazılar