Zərbəyə davamlı və zərif “HONOR X8c” smartfonu artıq satışda! - VİDEO
07 fevral 2025 09:50 (UTC +04:00)

Zərbəyə davamlı və zərif “HONOR X8c” smartfonu artıq satışda! - VİDEO

7 fevral 2025-ci il tarixindən etibarən suya və zərbəyə qarşı 360° davamlılığa malik olan, həmçinin gecə çəkilişi və selfilər üçün əla imkanlar təqdim edən “HONOR X8c” smartfonlarının Azərbaycan bazarında satışına başlanıb.

“HONOR X8c”– zəriflik, etibarlılıq və funksionallığı özündə birləşdirən bir cihazdır. O, firuzəyi yaşıl, ay işığı ağ və gecə yarısı qara kimi möhtəşəm rənglərdə təqdim olunur. Smartfon mükəmməl üslub və qabaqcıl texnologiyaları səciyyələndirir. Yeni model, yüksək dayanıqlığı, intellektual funksiyaları, OIS ilə təkmilləşdirilmiş əsas kamerası və əla selfilərin əldə edilməsi üçün nəzərdə tutulan işıqlandırmaya malik ön kamerası ilə seçilir.

Smartfonun 6,7” AMOLED ekranı, 120 Hz yenilənmə tezliyini, FullHD+ təsvir dəqiqliyi ilə 16,7 milyon rəng çalarının və DCI-P3 kinopalitrasının 100% ötürülməsini dəstəkləyir. Bu da öz növbəsində, üstün görüntü keyfiyyətini təmin edir. Ekranın rahat istifadəsi istənilən işıqlandırma şəraitində və hətta qaranlıqda belə, bir sıra qabaqcıl göz qoruma texnologiyaları ilə təmin edilir. Bunlardan işıqlandırma intensivliyini mikro səviyyədə tənzimləyən “Dinamik parlaqlıq” texnologiyasını və qaranlıqda rəng tonlarını dəqiqliklə tənzimləyən “Sirkad gecə ekranını” qeyd etmək olar. Həmçinin 3840 Hz tezlikli, geniş impulslu modulyasiya texnologiyası ekran titrəməsini tamamilə aradan qaldırır.

“HONOR X8c” son dərəcə yüngül və incədir – çəkisi cəmi 174 qramqalınlığı isə 7,12 mm təşkil edir. Kompakt və zərif korpus düşmələrə və zərbələrə qarşı üstün dayanıqlıq təqdim edir. Bu, “HONOR” Anti-drop Protection texnologiyası ilə təmin olunaraq, SGS Premium Performance sertifikatı ilə təsdiq edilib. Əlavə olaraq, smartfon IP64 standartlarına uyğun olaraq, suya və toza qarşı qorunma ilə təmin edilib. Burada həmçinin, ekranın nəmli və ya çirkli (yağlı) barmaqlarla istifadəsini mümkün edən xüsusi texnologiya da mövcuddur.

Smartfon, intensiv istifadə zamanı belə uzun müddətli çalışma qabiliyyətini təmin edən 5000 mAh tutumlu batareya ilə təchiz edilmişdir. Belə ki, hətta batareyanın enerji səviyyəsi 2%-ə düşdükdə belə istifadəçilər 88 dəqiqə danışıq və ya 18 saata qədər gözləmə rejimində işləmə imkanı əldə edirlər.

“HONOR X8c”, hətta zəif işıqlandırma şəraitində üstün detallı təsvir əldə etməyə imkan yaradan 108 MP əsas kamera ilə təchiz olunub. Bu kamera, həmçinin parlaq və dolğun gecə çəkilişi təmin etməyə qadirdir. Əlavə olaraq, 5 MP təsvir dəqiqliyinə, f/2.2 diafraqmaya və dərinlik sensoruna malik genişbucaqlı kamera daha üstün yaradıcı çəkiliş imkanları təqdim edir.

İndi, hətta zəif işıqlandırma şəraitində belə “HONOR X8c” istifadəçiləri heyrətamiz selfilər çəkə biləcəklər. 50 MP təsvir dəqiqliyinə və f/2.1 diafraqmaya malik ön kamera işıq və kölgə arasında mükəmməl balansı qoruyub saxlayaraq, selfi işıqlandırmasının köməyi ilə qaranlıq sahələri aradan qaldırmağa imkan yaradır. Bundan əlavə, “AI ilə genişbucaqlı selfi” funksiyası standart selfilər üçün nəzərdə tutulmuş 78° baxış bucağı ilə qrup şəkilləri üçün istifadə olunan 90° baxış bucağı arasında avtomatik keçidi təmin edir. Daha mükəmməl kadrlar üçün isə istifadəçilərə tək toxunuşla istəmədiyiniz obyektləri şəkildən asanlıqla silməyə imkan yaradan “AI Pozan” funksiyası da təqdim olunur.

“HONOR X8c” ən son Android 15 əsasında işləyən MagicOS 9.0 əməliyyat sistemi ilə təchiz edilib. Magic Portal istifadəçinin istəklərini əvvəlcədən müəyyənləşdirərək onu uyğun sistem tətbiqlərinə yönləndirir. Magic Capsule dinamik bildirişləri isə əlavə məlumatlara və idarəetmə alətlərinə ani girişi təmin edir. Həmçinin, burada Magic ekran kilidi fərdiləşdirilmiş məzmun təklif edir, əsas ekran isə genişlənən nişanlar, böyük qovluqlar və hər istifadəçinin istəyinə uyğun mövzu tərtibatları ilə tənzimlənə bilər.

“HONOR X8c” smartfonunu artıq “İrşad”, “Kontakt Home”, “Soliton”, “Elit Optimal”, “MG Store”, “Umico”, “World Telecom”, “Smart Electronics”, “Digital Home” və “Barkod” mağaza şəbəkələrindən, həmçinin “Azercell”, “Bakcell” və “Nar” mobil operatorların diller mağazalarından əldə edə bilərsiniz.

Belə ki, 6+6 GB RAM və 128 GB yaddaş konfiqurasiyası olan modelin qiyməti 479.99 AZN, 8+8 GB RAM və 128 GB yaddaşlı versiyanın qiyməti 499.99 AZN, 8+8 GB RAM və 256 GB yaddaşlı modelin qiyməti isə 599.99 AZN təşkil edir.

Həmçinin fevralın 7-dən 28-dək “HONOR X8c” smartfonu alan hər kəsə “HONOR CHOICE Earbuds X7” lite qulaqlıqları hədiyyə olunacaq.

 





 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar