Qırmızı Dəniz Beynəlxalq Hava Limanı Səudiyyə Ərəbistanının şimal-qərbində tikilir.
Lent.az xəbər verir ki, layihənin "Twitter" hesabında tikinti yerindən faktiki kadr peyda olub.
Nəhəng kompleksə təkcə şıltaq dizaynlı hava limanı binası deyil, 50-yə yaxın otel, 1000-dən çox ev və hətta marina daxildir. Bütün strukturların dizaynı ətrafdakı səhra mənzərəsindən ilhamlanıb. İçəridəki hər şeyin bərpa olunan enerji ilə işləyəcəyi bildirilir.
Konseptual kadrlara əsasən, onlar gələcəyin hava limanında çoxlu sayda ağacdan və rütubətli mikroiqlimdən ibarət oazis yaratmağı planlaşdırırlar - müxtəlif smart sistemlər içəridəki havanı və temperaturu idarə edəcək.
Hava limanı ilk qonaqları gələn ilin əvvəlində və ya daha tez qəbul edə biləcək. Tikintinin əsas mərhələsinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Lent.az tikinti başa çatdıqdan sonra hər şeyin necə görünəcəyini təqdim edir: