Yeni mənzil axtaranların nəzərinə - Gənclik parkı yaxınlığında yaşayış kompleksi
09 avqust 2024 12:35 (UTC +04:00)

Yeni mənzil axtaranların nəzərinə - Gənclik parkı yaxınlığında yaşayış kompleksi

Bakı buxtasının mənzərəli sahilində və Gənclik parkının yanında yerləşən “Highland Residence” yaşayış kompleksində mənzil satışları sürətlə davam edir. 

Lent.az xəbər verir ki, bu yaşayış kompleksi şəhərin qəlbində, dəniz mənzərəsi ilə seçilən, geniş və tam təmirli mənzillər təklif edir. 

“Kristal Abşeron”un inşa etdiyi “Highland Residence” sakinlərinə Avropa standartlarına uyğun, yüksək eyfiyyətli tikinti materialları ilə təchiz olunmuş mənzillərdə yaşamaq imkanı verir.

Bu müasir kompleks yalnız gözəl mənzərəsi ilə deyil, həm də geniş yaşıl sahələri, avtomobilsiz daxili həyəti və çoxsaylı əyləncə imkanları ilə diqqət çəkir. Burada uşaqlar üçün oyun meydançaları, idman sahələri və ailələr üçün geniş parklar mövcuddur. 

“Highland Residence” əlverişli yerləşməsi ilə sakinlərinə rahat nəqliyyat əlaqələri təklif edir. Bu da sakinlərin gündəlik həyatını daha da asanlaşdırır və vaxtını qənaət edir. Kompleksin geniş avtodayanacağı və təhlükəsizlik sistemləri, sakinlərin rahat və təhlükəsiz yaşamasını təmin edəcək.

“Highland Residence” rahatlıq, estetik gözəlliyi ilə fərqlənir və beynəlxalq standartlara cavab verən Avropa brendləri ilə təmir etməklə sakinlərin uzunmüddətli rahatlığını təmin edir. “Kristal Abşeron”un digər şəhər layihələrində olduğu kimi, burada da mənzillərin təmirində Almaniyanın “Grohe” və “Hansgrohe” hamam aksesuarları, Amerikanın “Guardian Glass” pəncərə şüşələri, İtaliyanın “Prysmian” yanmayan kabelləri, Kanadanın “Coswick” parketləri və İtaliyanın “Gewiss” elektrik açarları və aksesuarları istifadə olunur. 

Qeyd edək ki, burada hər mənzil yüksək səviyyədə səs izolyasiyası ilə təmin olunur, bu da sakinlərin sakit və komfortlu bir yaşam tərzi keçirməsini mümkün edəcək.

Ətraflı: *1544 / 050 448 00 00

www.kristalabsheron.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar