Xəstəliyə yoluxmuş meyvələrin Rusiyaya aparılmasına icazə verilmədi
24 sentyabr 2017 12:10 (UTC +04:00)

Xəstəliyə yoluxmuş meyvələrin Rusiyaya aparılmasına icazə verilmədi

Rusiya-Azərbaycan sərhədində  Azərbaycandan idxal edilən 120 kq alma, 83 kq  armud və 78 kq ərik saxlanılıb.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsi məlumat yayıb.

 

Alma, armud və ərikdə zərərli “Şərq güvəsi” aşkarlanıb və onların Rusiyaya idxalının qarşısı alınıb. Yük sahibləri inzibati məsuliyyətə cəlb olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar