Türk iş adamı Bakıda antisanitariya şəraitində tort istehsal edirmiş
13 may 2013 12:54 (UTC +04:00)

Türk iş adamı Bakıda antisanitariya şəraitində tort istehsal edirmiş

Sexdə biskvitli-kremli tortların və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 110 ünvanında fəaliyyət göstərən fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisənin ümumi vəziyyəti qeyri-qənaətbəxşdir, məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydalara cavab verən şərait yoxdur, işçilər tərəfindən bu qaydalara riayət edilmir. Müəssisədə sanitar qovşağın birbaşa istehsal sahəsində yerləşməsi, işçilərin şəxsi əşyalarının (ayaqqabılar, çantalar və s.) və tullantı torbalarının istehsal sahəsində məhsullarla yanaşı saxlanmasını buna misal göstərmək olar.

Müəyyən olunub ki, müəssisədə yoxlanılan biskvitli-kremli tortlar və şərq şirniyyatları AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, məhsulların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikatlar mövcud deyil, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan, markalanma aparılmadan istehsal olunur. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi sexdə biskvitli-kremli tortların və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1691
avatar

Oxşar yazılar