Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, “Lotereyalar haqqında” qanunun 2.0.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Bütün növ lotereyaların buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi deyil, Maliyyə Bazarlarına Nəzarət Palatası yerinə yetirəcək.