Rusiya Azərbaycana əlavə qaz nəql edə bilər
30 iyun 2016 19:18 (UTC +04:00)

Rusiya Azərbaycana əlavə qaz nəql edə bilər

0

“Qazprom” Azərbaycana qaz nəqlini artıra bilər.

 

APA-Economics”in RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

 

A. Millerin sözlərinə görə, qiymətdə razılığa gəlinsə, bu məsələ SOCAR-la müzakirə ediləcək. Onun sözlərinə görə, əlavə nəql olunacaq qazın həcmi 3-5 mlrd. kubmetr ola bilər.

 

“İndi tərəflər qaz nəqlinin 3-5 mlrd. kubmetr artırılmasında maraqlıdır”, - deyə A.Miller bildirib.

 

A. Miller əlavə edib ki, müqaviləyə əsasən, “Qazprom” ötən ilə Azərbaycana 2 mlrd. kubmetr qaz nəql etməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar