Ramil Hüseyn: “Yol xəritələri iqtisadiyyatda yeni mərhələdir”
08 dekabr 2016 17:57 (UTC +04:00)

Ramil Hüseyn: “Yol xəritələri iqtisadiyyatda yeni mərhələdir”

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanla bağlı müzakirə aparılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Hüseyn mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.
 
Yol xəritələrinə Azərbaycanın milli iqtisadiyyat perspektivi, o cümlədən, neft və qaz sənayesi, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm sənayesi, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlərin inkişafına dair məsələlər daxildir.
 
Xəritələr sırasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, həmçinin kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının hazırlanması ilə bağlı bəndlər də diqqət çəkir.
 
Strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, xəritələrdə qeyd edilən fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi   reallaşdıracaq.
 
Strateji yol xəritəsi uzun müddətə ölkənin mühüm hədəflərini müəyyənləşdirəcək. Azərbaycan dövləti strateji yol xəritəsini ölkəmizin bütün ərazisində tam dolğunluğu ilə həyata keçirəcək.
 
 
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində vətəndaş cəmiyyəti təsisatlarının , vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb. Bu sənədin hazırlanmasında 400-dən çox yerli və xarici ekspert iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib.
 
Strateji yol xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Ümimiyyətlə, Yol xəritələri Azərbaycan iqtisadiyyatında yeni mərhələnin başlanğıcıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar