Amerika fond bazarında Dow Jones indeksi 0,05% - 18 161,19 bəndədək, S&P 500 0,31% - 2 126,41 bəndədək, NASDAQ 0,50% - 5 190,11 bəndədək azalıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,14% - 6 996,26 bəndədək, Fransa CAC-40-ı isə 0,33% - 4 548,58 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,19% - 10 696,19 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 7,30 dollar bahalaşaraq 1 276,80 dollar, gümüş isə 0,12 dollar bahalaşaraq 17,76 dollara satılıb.