Mərkəzi Bank dolların yanvarın 19-na olan məzənnəsini açıqlayıb.
Bankdan Lent.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,8311 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün keçirilən hərracda orta ölçülmüş məzənnə 1,8285 səviyyəsində idi.
13:10
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Lent.az Banka istinadən xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1.8285 səviyyəsində formalaşıb.
Qeyd edək ki, son məzənnə 1,8045 səviyyəsində idi.