Neftin qiyməti sürətlə ucuzlaşmaqda davam edir - <span style="color:red;">YENİLƏNİB
07 yanvar 2016 12:07 (UTC +04:00)

Neftin qiyməti sürətlə ucuzlaşmaqda davam edir - YENİLƏNİB

Dünya bazarında neftin sürətlə ucuzlaşması prosesi davam edir. Lent.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu gün keçirilən hərraclarda Brent neftinin dəyəri 32,16 dollaradəık enib. ABŞ-ın bazara çıxardığı Qərbi Texas neftinin bir barelinin qiyməti isə 32,10 dollaradək geriləyib.

 

Xam neftin beynəlxalq bazardakı satış qiyməti dünənlə müqayisədə təxminən 6 faiz ucuzlaşıb.

 

 

*****

 

6 yanvar 15:03

 

Dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması davam edir. Lent.az xəbər verir ki, bügünki hərraclarda xam neftin 1 barelinin qiyməti növbəti də enib və tarixi minimumu yeniləyib. Belə ki, Brent neftinin 1 barelinin qiyməti 34,83 dollara, Qərbi Texas neftinin qiyməti isə 34,80 dollara enib.

 

Mütəxəssislər neftin hələ bir neçə ay 40 dollarlıq səviyyəni keçməyəcəyini və daha da ucuzlaşacağını proqnozlaşdırırlar.

 

 

*****

 

12:54

 

Dünya bazarında neft sürətlə ucuzlaşmağa başlayıb. Lent.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Brent markalı neftin bir barelinin dəyəri 4 faizdən artıq ucuzlaşıb və 35,56 dollaradək enib. Bu isə nəinki bu ilin, son 9 ilin ən aşağı qiymətidir.

 

ABŞ-ın bazara çıxardığı WTI markalı neft də sürətlə ucuzlaşır. Texas nefti hazırda 35,42 dollara satılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Nizam Rza

Oxşar yazılar