Ötən ay ərzində 2 milyon 572 min 744 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu barədə Lent. az-a Dövlət Neft Şirkətindən məlumat verilib.
Bu həcmin 1 milyon 830 min 553 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 15 milyon 4 min 318 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 218 milyon 670 min 972 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Nə qədər neft satılıb?
0
0
0
0