Mülki Məcəlləyə banklarla bağlı dəyişiklik edildi
21 aprel 2016 13:23 (UTC +04:00)

Mülki Məcəlləyə banklarla bağlı dəyişiklik edildi

 

Prezident İlham Əliyev Mülki Məcəlləyə edilmiş dəyişiklikləri təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məcəlləyə aşağıdakı dəyişikliklər edilib:

 

1. 107-5.1-ci maddənin ikinci cümləsində “qərarlar” sözündən sonra “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla,” sözləri əlavə edilsin.

 

2. 938-1.0.3-cü maddədə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz edilsin.

 

 

Qeyd edək ki, Mülki Məcəllənin 107.5-ci maddəsi səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydasının bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilməsini əks etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar