Mərkəzi Bank iş qrafikini dəyişdi
10 iyun 2016 20:20 (UTC +04:00)

Mərkəzi Bank iş qrafikini dəyişdi

0

Azərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

 

Mərkəzi Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  iş qrafikinin uzadılması Bakı şəhərində Formula 1 üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçündür.

 

Eyni zamanda, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşürlər Bakı şəhərinin otellərində yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar