Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Göyçay rayonunda yerləşən “Mega Market” ticarət mərkəzi tərəfindən müvafiq hüquq əldə etmədən stimullaşdırıcı lotereyanın keçirilməsi aşkar edilib.
Bu barədə Lent.az-a Komitənin mətbuat xidmətindən bildirilib.
QKDK “Mega Market” ticarət mərkəzi tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.