"Real" almaniyalı hücumçunu alır
28 iyun 2025 13:12 (UTC +04:00)

"Real" almaniyalı hücumçunu alır

Madrid "Real"ı "Ştutqart"ın və Almaniya millisinin hücumçusu Nik Voltemadeni izləyir.

Lent.az xəbər verir ki, alman klubu 23 yaşlı futbolçunu 60 milyon avro dəyərində qiymətləndirir. Voltemada ilə "Atletiko Madrid", "Bavariya" və "Çelsi" də maraqlanır.

Ötən mövsüm Voltemad bütün turnirlərdə 33 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Voltemade Almaniya millisində iki oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar