Goranboy rayonunun Sarov kəndi ərazisində əkin sahəsində meyit aşkarlanıb.
Lent.az-ın məlumatına görə, kənd sakini, 59 yaşlı Səxavət Tanrıverdiyevin meyiti yaşadığı evin yaxınlığında yerləşən, ona məxsus əkin sahəsində tapılıb.
İlkin məlumata əsasən, o, yonca sahəsinin suvarılması zamanı qəfil ürək tutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.