Paşinyan 1 həftə söyüş söyməcəyinə  söz verdi
28 iyun 2025 15:24 (UTC +04:00)

Paşinyan 1 həftə söyüş söyməcəyinə söz verdi

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 1-dən 5-dək ictimai müzakirələr zamanı danışıqda təhqirdən istifadəyə müvəqqəti məhdudiyyət qoyulmasını təklif edib.

Lent.az xəbər verir ki, Paşinyan bu təklifə ilk özünün riayət edəcəyini açıqlayıb.

“Mən konsensusun başlanması üçün iyulun 1-i təklif edirəm. Bu gündən iyulun 5-dək “apokrif” terminologiya və dildən istifadə etməyimə veto qoyuram”, - Paşinyan bildirib. Məlumat onun Facebook hesabında yerləşdirilib.

Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsini (EAK) daha sərt şəkildə tənqid etməyə başlayıb. Belə ki, may ayının sonunda o, sosial şəbəkələrdə kilsə ruhanilərinə qarşı qeyri-etik ifadələrlə müşayiət olunan təhqiramiz paylaşımlar edib. Bundan qısa müddət sonra Paşinyan bütün ermənilərin katolikosunun seçilmə prosedurunun dəyişdirilməsi təşəbbüsü ilə çıxış edərək, bu prosesdə həlledici rolu dövlətin üzərinə götürməsini təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar