Rusiyada "Baku plaza" ticarət mərkəzində ƏMƏLİYYAT
28 iyun 2025 12:30 (UTC +04:00)

Rusiyada "Baku plaza" ticarət mərkəzində ƏMƏLİYYAT

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılması ilə bağlı araşdırmalar davam etdirilir.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, istintaq çərçivəsində Azərbaycan diasporu ilə əlaqəsi olan şəxslər dindirilir. Əvvəllər qalmaqalların mərkəzində olan “Baku Plaza” ticarət mərkəzində də axtarışlar aparılıb.

Regional İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətlərinin bəyanatlarına görə, Rusiya Milli Qvardiyasının iştirakı ilə birgə tədbirlər keçirilib. Əvvəlki illərin cinayətlərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb, axtarışlar aparılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın maraqları baxımından işin təfərrüatları hələlik açıqlanmır.

Qeyd edək ki, Yekaterinburq şəhərində keçirilən əməliyyat zamanı onlarla azərbaycanlı saxlanılıb. Onlardan ikisi Səfərov qardaşları əməliyyat zamanı ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar