
İlin iqtisadi yekunları və gözləntilər
APA.TV-nin efirində yayımlanan “Manşet” verilişi mövzusu 2016-cı ilin iqtisadi yekunlarına həsr olunub. İqtisadçı Samir Əliyev mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.
Samir Əliyev – iqtisadçı-ekspert
2016-cı il çox çətin oldu, hökümət islahatlar aparmaq üçün addımlar atmağa başladı. 2016-cı ildə 11 bank bağlandı, milli valyutanın dəyəri düşməyə başladı, valyuta bazarında gərginlik oldu.
2016-cı ildə büdcəmiz azaldı, bu, 2011-ci ildən sonra ən aşağı büdcədi.
Ümumən gələn ilin büdcəsində əsas prioritet qənaət sistemiylə bağlıdır, digər tərəfdən neftdən asılılıq azaldılmalıdır.
Gələn ildə dotasiya ayrılmayan rayonların sayı artdı, buna səbəb təhsil xərcləri ilə bağlıdır, bu sektorda da regionlaşma gedib.
Azərbaycan büdcəsi neft gəlirlərinə görə uzun müddət üzərinə çox yük götürüb. İndisə hökümət bu yükdən qurtulmalıdır.
Daxili istehsal artırılmalıdır, Azərbaycan kimi kiçik ölkələr daha çox xarici bazarlara yönəlik islahatlar həyata keçirməlidir. Biz çalışmalıyıq ki, xarici ölkələrə emal şəklində məhsul göndərək. Hər bir halda Azərbaycanı aqrar ölkəlikdən çıxarmalıyıq.
Manat ucuzlaşdıqca dollarla olan kreditlər artır, avtomatik olaraq dollarla olan kreditlər manata çevrilməlidir.
Bizdə kiçik və orta sahibkarlığın payı çox aşağıdır, 2016-cı ildə atılan addımlar 2017-ci ildə də davam etdirməlidir, xüsusən də maliyyələşmə sahəsində.
2017-ci ildə hökümətin qarşısında duran birinci problem inflyasiya olacaq. Kommunal sektorda qiymət artımı olmasa da, limitlərin dəyişilməsi baş verə bilər, həmçinin yanacağın bahalaşması da gözlənilir.
Oxşar yazılar

Bakının bu ərazilərində qaz kəsiləcək
17 iyun 2025 , 16:55
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
17 iyun 2025 , 15:43“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olundu
17 iyun 2025 , 15:06
Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib
17 iyun 2025 , 12:40
Yaxın Şərqdəki hadisələrə görə AZAL-ın ləğv olunan reyslərinin SİYAHISI
16 iyun 2025 , 15:08
Bakının bu prospektində yeni hərəkət zolağı yaradıldı
15 iyun 2025 , 17:52
"Azercell" gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
14 iyun 2025 , 11:06