Heyvanlar arasında yayılmış xəstəlik nazirlikdə müzakirə olundu
28 avqust 2013 15:27 (UTC +04:00)

Heyvanlar arasında yayılmış xəstəlik nazirlikdə müzakirə olundu

Bu gün Kənd Təsərrüfatı Nazirliyində Səhiyyə Nazirliyinin mütəxəssislərinin də iştirakı ilə “Heyvandarlıq sahəsində mövcud vəziyyət, bünyavirus ailəsinə məxsus virus xəstəliyinə qarşı aparılan müalicə-mübarizə tədbirləri, qarşıda duran vəzifələr”ə  həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Kollegiya iclasında Dövlət Baytarlıq Xidmətinin rəisi, Respublika Baytarlıq Laboratoriyasının direktoru, sahənin alim və mütəxəssislər bu xəstəliyin əlamətləri, klinikası, müalicə üsulları, yayılma arealı barədə geniş məlumat veriblər.

 

Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bildirib ki, cari il iyul ayının axırlarından başlayaraq xüsusən aran rayonlarında xəstəliyin başlanması, qan nümunələrinin götürülərək Respublika Baytarlıq Laboratoriyasında müayinənin aparıldığını, 35 rayonda heyvanların xəstəliyə yoluxduğunu, bu barədə Beynəlxalq Epizootik Büroya müraciət edildiyini, xəstə heyvanların müalicə olunduğunu və eyni zamanda bu xəstəliyin müalicəyə tabe olduğunu diqqətə çatdırıb. Bu virus mənşəli xəstəlik İngiltərə, Belçikada, Almaniyada, Fransada və bir çox Avropa ölkələrində yayıldığını, insanların qidalanması üçün heç bir təhlükə mənbəyinin olmadığını və insanların narahatçılığına heç bir əsas olmadığını bildirib.

 

Kollegiyada nazir İsmət Abasov xəstəliyin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Baytarlıq və heyvandarlıq sahəsində çalışan mütəxəssislərin yerlərə ezam olunmasını və bu məqsədlə əhalinin maarifləndirilməsi barədə göstəriş verib.

 

Kollegiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyinə daxili vəsait hesabına alınmış 15000 kq dezinfeksiyaedici maddə-kaustik sodanın rayon (şəhər) baytarlıq idarələrinə bölgüsü aparıldığı və ən qısa zamanda yerlərə çatdırılması barədə tapşırıq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917
avatar

Oxşar yazılar