Hava limanlarında avtomatik valyuta dəyişmə terminalı quraşdırılacaq
09 dekabr 2016 14:40 (UTC +04:00)

Hava limanlarında avtomatik valyuta dəyişmə terminalı quraşdırılacaq

0

“Bank Silk Way” ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminalları quraşdıracaq.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq I terminal bankın baş ofisində quraşdırılıb və istifadəyə verilib.

 

“Növbəti terminallar Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarımızda yerləşən hava limanlarında, bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək”, - deyə məlumatda qeyd edilir.

 

Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri manat, dollar və avro üzrə valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirə biləcəklər.

 

Avtomatik valyuta dəyişmə terminalının üstünlükləri:

 

- Günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi;

 

- Vaxt qənaəti, müştəri məmnunluğu və satışların artması.

 

Terminal vasitəsilə valyuta dəyişməsi “Bank Silk Way”in gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar