Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfi Milli Məclisə təqdim olub.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, büdcə zərfi əvvəlcə ictimai müzakirəyə təqdim olunaraq, sonra komitələrin iclasına plenar iclasa tövsiyyə olunması üçün təqdim olunacaq.
Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları səsə qoyularaq qəbul edilib.