Bakıda növbəti bal yarmarkası keçiriləcək
10 sentyabr 2014 13:11 (UTC +04:00)

Bakıda növbəti bal yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 1-dən 30-dək Bakı şəhərində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, sərgi Nizami küçəsi, 92 ünvanda (metronun "28 May" stansiyasının yaxınlığında, keçmiş "Ayaqqabı fabriki"nin binasında) baş tutacaq. 

Anbara təhvil verilən və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Eyni zamanda sentyabrın 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277

Oxşar yazılar