"Böyük Bakının Regional İnkişaf Planında paytaxtın nəqliyyat və ekoloji probleminin həlli də nəzərə alınıb. Belə ki, gələcəkdə sərnişin daşınmasında elektriklə işləyən nəqliyyat vasitələrinə daha çox üstünlük veriləcək".
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib. O bildirib ki, gələcəkdə paytaxtda sərnişindaşımada əsas nəqliyyat vasitələrindən biri tramvay olacaq. Bu, ekoloji cəhətdən olduqca vacibdir: "Xüsusən bulvar ətrafında ekoloji standartlara uyğun olmayan nəqliyyat vasitələrinin hərəkətinin qarşısı alınmalıdır. Bu baxımdan bulvarboyu tramvay xəttinin çəkilməsi daha mühüm addım olardı".
Gələcəkdə su nəqliyyatından da geniş istifadə olunacaq: “Bildiyimiz kimi, Pirallahı rayonu adalardan ibarətdir. Eyni zamanda, Xəzər İslands adaları inşa olunur. Təbii ki, bu kimi yerlərdə su taksilərinin fəaliyyətindən geniş istifadə etmək daha əlverişlidir. Zamanı qabaqlamaq istəməsəm də, vaxt gələcək, Bakıda günəş batareyaları ilə işləyən nəqliyyat vasitələrini də görəcəyik. Qaradağa, Sumqayıta və digər istiqamətlərə elektrik qatarlarının işləməsi də aktual məsələlər sırasındadır. Bunlar təkcə bizim istəyimiz deyil, zamanın tələbidir”.

Bakıda YENİLİK: bulvara tramvay çəkiləcək
Oxşar yazılar

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40