<b>Azərbaycanda Özəl Kredit Bürosu yaradılacaq</b>
26 iyul 2016 18:32 (UTC +04:00)

Azərbaycanda Özəl Kredit Bürosu yaradılacaq

İyulun 26-da Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanın bank ictimaiyyəti ilə Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi müzakirə edilib. Lent.az-ın məlumatına görə, görüşdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Özəl Kredit Bürosunun yaradılmasını təşəbbüsünü dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Palata ÖKB-nin yaradılmasını maliyyə xidmətləri infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirir və gələcəkdə banklarla yanaşı bank olmayan kredit təşkilatları, kommunal ödəniş sistemləri, mobil operatorlar və iri pərakəndə şəbəkələrinin də büronun üzvü olmalarını məqsədəuyğun hesab edir.

 

Tədbirdə çıxış edən ÖKB-nin yaradılması üzrə İcra Komitəsinə üzv kommersiya bankların nümayəndələri beynəlxalq təcrübə və büronun təsis edilməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. Qeyd edilib ki, texniki partnyor olaraq İslandiyanın “Creditinfo” şirkəti seçilib.

 

Texniki partnyor gələcəkdə büronun əsas səhmdarlarından biri olmaqla kredit hesabatlılığı prinsiplərinin öyrənilməsi və kredit bürosunun inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar