Azərbaycandan neft hasilatı ilə bağlı VACİB QƏRAR
06 mart 2016 15:57 (UTC +04:00)

Azərbaycandan neft hasilatı ilə bağlı VACİB QƏRAR

Azərbaycan da neft ixrac edən ölkələrin təşkilatı  - OPEK-in neft hasilatını artırmamaq təklifinə qoşulub. Lent.az xəbər verir ki, bu haqda ANS TV-yə dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib. SOCAR prezidentinin sözlərinə görə, artıq bu istiqamətdə addımlar atılıb.   

 

"Açıq söyləyim ki, biz artıq bu mövqeyə qoşuluruq. 2016-cı ildə biz neft hasilatını dondurmaq yəni eyni seviyyədə saxlamaq fikrindəyik ve artım layihələrini artıq saxlamışıq. Azərbaycanda neft hasilati keçən ilki seviyyədən yuxarı olmayacaq" - deyə Rövnəq Abdullayev bildirib.

 

Qeyd edək ki, OPEK-ə üzv ölkələrin digər neft hasil edən dövlətlərlə növbəti görüşünün bu ayın 20-dən aprelin 1-nə qədər Moskvada keçirilməsi gözlənilir. Bu haqda Rusiyanın  energetika naziri Aleksandr Novak bildirib. Rusiya bu görüşə Azərbaycanı və Qazaxıstanı da dəvət edib. Novak hər iki ölkəni OPEK-in hasilatı dondurmağa dair təklifinə qoşulmağa çağırıb. 

 

Ötən ay Dohada keçirilən görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını yanvar ayının minimumu səviyyəsində saxlamağa razı olub. Amma digər ölkələr bunu dəstəkləməyib. Azərbaycan da həmin vaxt hasilatı dondurmaq təşəbbüsünü dəstəkləməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar