Azərbaycanda telefon nömrələrinin satışı dayandırıldı - <span style="color:red;">RƏSMİ QƏRAR  - YENİLƏNİB
02 fevral 2017 18:38 (UTC +04:00)

Azərbaycanda telefon nömrələrinin satışı dayandırıldı - RƏSMİ QƏRAR - YENİLƏNİB

 

“Azercell” nömrə satışının dayandırılması ilə əlaqədar açıqlama yayıb. Şirkətdən Lent.az-a daxil olan açıqlamada bildirilir ki, fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni onlayn sistem üzrə aparılır: “Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. “Azercell”in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün “Azercell” diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyatı mövcud idi və satışları ehtiyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir”.

 

*****

 

14:31

 

Azərbaycanda mobil telefon nömrələrinin satışının dayandırılmasının səbəbi məlum olub. Mobil operatorlardan Lent.az-a bildirilib ki, hazırda mobil telefon nömrələrinin satışının olmaması bu nömrələrin rəsmiləşdirilməsi və qeydiyyatı qaydalarına edilmiş dəyişikliklə bağlıdır. Nazirlər Kabinetinin qaydalara dəyişiklik etməsi səbəbindən sistemdə bəzi işlər görülür və yaxın vaxtlarda satışın bərpa ediləcəyi gözlənilir.

 

*****

 

14:05

 

Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb. Lent.az xəbər verir ki, Bakıda və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.

 

"Azercell", "Bakcell" və "NAR Mobile" mağazalarından bildirilib ki, nömrə satışının nə vaxt bərpa ediləcəyi barədə məlumatlı deyəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Nizam Rza

Oxşar yazılar