İyulun 4-dən etibarən "Bank Standard" QSC-də istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq. Lent.az xəbər verir ki, bu barədə ANS TV-yə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
"Həftənin 1-ci günündən "Bank Standard"ın daha fundamental sağlamlaşdırılması prosesinə start veriləcək.
Bankın öhdəliklərinin icrası istiqamətində məhkəmə tərəfindən təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır və "Bank Standard" normal rejimdə fəaliyyətə başlayacaq. Bu barədə biz bazar ertəsi ictimaiyyətə daha ətraflı məlumat açıqlayacağıq" - deyə R.Aslanlı bildirib.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, mayın 3-dən etibarən QSC “Bank Standard” KB-na 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. Həmin vaxt Palatadan bildirilib ki, son vaxtlar bankin likvidlik və kapital mövqeyi zəifləyib, buna görə də vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama aparılıb. Yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəəetmə qurumları vəziyyətdən çıxmaq üçün yetərli imkanlara malik deyil.
3 iyun 2016-cı il tarixindən etibarən isə fiziki şəxslərin “Bank Standard” KB-dakı 1 000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılıb.