Astaraçay üzərində dəmir yolu körpüsünün tezliklə təməli qoyulacaq
18 aprel 2016 15:31 (UTC +04:00)

Astaraçay üzərində dəmir yolu körpüsünün tezliklə təməli qoyulacaq

 

 

Aprelin 21-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astaraçay üzərindən Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran Dəmir Yol İdarəsinin rəisi Möhsün Purseyid Ağayi deyib.

 

Onun sözlərinə görə, təməlqoyma mərasimində azərbaycanlı həmkarı Cavid Qurbanov, o cümlədən iki ölkənin hökumətlərarası komissiyanın həmsədrləri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edəcəklər.

 

Möhsün Purseyid Ağayi deyib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən, körpünün tikintisi 2016-cı ilin sonunadək başa çatacaq: "Sevindirici haldır ki, körpünün tikilməsi üçün hazırlıq işləri proqrama uyğun olaraq davam etdirilir".

 

"Bu layihənin icrası ilə tranzit yüklərin daşınması hər iki tərəf üçün asanlaşacaq. Layihənin icrasından sonra İranın Bəndər-Abbas limanından Azərbaycan vasitəsilə Rusiyaya yüklər rahatlıqla daşınacaq", - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

APA Baycan

Oxşar yazılar